ABŞ hərbçiləri yenidən İrana zərbələr endirməyə başlayıb.

Yenicağın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında xəbər verib.

“Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar”, – paylaşımda bildirilir.

Komandanlıq qeyd edib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında gəmiçiliyi idarə etmək və təhdid etmək imkanlarını azaltmaqdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *